HAQQIMIZDA

“AzLine” tədris mərkəzi 2013-cü ilin oktyabr ayında fəaliyyətə başlamış və qısa bir zaman ərzində əhali arasında hörmət qazanmışdır. Çünki biz həmişə hesab etmişik ki, tələbələrimizin uğuru bizim uğurumuzdur və biz hər zaman bu prinsiplə fəaliyyətimizi quracayıq!
Ən müasir və qabaqcıl təhsil mərkəzlərinə çevrilməsinin səbəblərdən biridə odurki,  biz öz  iş fəaliyyətimizə məsuliyyət və vicdandan əlavə, həm də yaradıcılıqla, asanlaşdırılmış, sadə və  başa düşüləcək formada və yumorla yanaşırıq.
Təhsil gənc nəslin gələcəyidir. Aydındır ki, təhsil, elm, savad almadan, insan istədiyi statusa malik ola bilməz. Ona görədə hər bir azyaşlı uşağın valideyini övladın gələcəyini parlaq etmək üçün onun təhsilinə xüsusi qayğı ilə yanaşır. Uşaqlarınızın təhsilinin inkişafına “AzLine” tədris mərkəzi hər zaman Sizə kömək etməyə hazırdır!
                                                    TƏHSİL

Təhsil pedaqoji prosesin mühüm bir tərkib hissəsidir. O, xalq təsərrüfatı üçün ixtisaslı kadrlar hazırlamaq məqsədinə xidmət edir. Təhsil müxtəlif məktəb pillələrində, müxtəlif səviyyələrdə verilir. Bu mənada ibtidai, orta, texniki peşə, orta ixtisas, ali təhsil fərqləndirilir. Hər sonrakı pillədəki təhsil əvvəlki pilləyə əsaslanır.
İnsanın öz təhsilini artırması yollarından asılı olaraq özünü təhsil, fasiləsiz təhsil, ixtisasartırma təhsili ifadələri işlədilir.
Təhsil dedikdə, tədris müəssisələrində verilən, tərbiyə və inkişaf imkanlarına malik olan bilik, bacarıq və vərdişlər sistemi başa düşülür.
Təhsilin məzmunu didaktikanın əsas problemlərindən biridir: bəşəriyyətin əldə etdiyi biliklər xəzinəsindən nələri seçib, ayrı-ayrı yaş dövrlərində və təhsil müəssisələrində öyrətmək lazımdır? Təlimin müvəffəqiyyəti bu problemin düzgün həllindən çox asılıdır.
Təhsilin məzmunu bir neçə amillə müəyyən edilir:
a) cəmiyyətin tələbatı, elm və texnikanın inkişaf səviyyəsi, ictimai
quruluşun xarakteri ilə;
b) təlimin məqsəd və vəzifələri ilə;
c) şagirdlərin real təlim imkanları ilə.
Bu sahədə Çoxlu sayda uğur əldə etmişik
                                            ÜSTÜNLÜKLƏRİMİZ

“AzLine” tədris mərkəzinin üstünlükləri:
Müəllim heyəti:
Respublikanın nüfuzlu məktəblərində çalışan, abituriyent hazırlığı sahəsində böyuk təcrübəsi olan pedaqoqlar.
Nəzarət sistemi:
Dərs prossesi tədris prossesi tərəfindən idarə olunur. Hər bir ixtisas qrupu üzrə qrup rəhbəri tərəfindən tələbələrin dərsə davamiyyəti, biliyin mənimsənməsi səviyyəsinə nəzarət olunur.
Burada tələbələr hər ay sınaq imtahanları vasitəsi ilə yoxlanılır, hər ayın sonunda valideyinlərlə əlaqə saxlanılır, və tələbələr haqqında ətraflı məlumat verilir.
Kursun qaydaları:
Dediyimiz kimi, hər ayın sonunda sınaq imtahanları, hər səviyyənin sonunda isə səviyyə imtahanı təşkil olunur. İmtahan danışıq, yazılı, qrammatik və dinləmədən (qulaq asmaqdan) təşkil olunur.
                                                 QAYDALAR

Tələbə kursa davam etdiyi müddətdə hər hansı bir inkişaf olmasa, dərsə hazırlıqsız gəlsə, icazəsiz olaraq ardıcıl iki dərsdə iştirak etməsə, iki dəfə edilən xəbərdarlıqdan sonra kursdan kənarlaşdırılır.
                                                             SÜRƏT

Sizə cəmi bir necə ay ərzində müxtəlif xarici dilləri mükəmməl səviyyədə öyrənmək imkanı verir. Eyni zamanda xaricilər ücün azərbaycan dili kurslarımızdan əksər xarici ölkələrin vətəndaşları faydalana bilər. Biz xarici dil proqramı ilə, həm tədris proqramından, həmdə istifadə etdiyimiz ədəbiyyatdan keyfiyyətli tədrisimizlə fərqlənirik.
                                        MƏKTƏBƏQƏDƏR TƏHSIL

Məktəbəqədər təhsil pilləsinin sonunda uşaq:
Sağlamlığı mohkəmlətdirən hərəkətləri yerinə yetirir,
Qidalanma və sonitar-qiqiyena qaydalarına əməl edir,
Nitqi dinləyib-anlayır, rabitəli danışır və nitq etiketlərindən istifadə edir,
Təhlükəsizlik qaydalarına əməl edir,
Sadə riyazi-məntiqi əməliyyatları yerinə yetirir,
Əşya və hadisələr haqqında ilkin təsəvvürlərə malikdir anlayışları izah edir,
İnsanlara qarşı hörmət və dözümlülük nümayış etdirir,
Özündən kiçiklərlə, həmyaşıdlarla və böyüklərlə qarışıqlı ünsiyyət qurur,
Sadə əmək bacarıqları nümayış etdirir,
Sadə bədii yaradıcılıq bacarıqları nümayış etdirir.
Hər bir kurs yüksək səviyyəli müəllimlər tərəfindən qrup və fərdi şəkildə aparılır.

www.azline.az
azline@inbox.ru
+994 50 5247090, +994 55 6546490, +994 12 5620390
www.facebook.com/anarzerbiyev/
instagram.com/azline__tedris__merkezi/
youtube.com/azline
Bakı şəh, Binəqədi r-nu, Süleyman Sani Axundov 2

BİZİM XƏBƏRLƏRIİMİZ






Copyright  © 2015, azline.az.  All rights reserved.  Designed and development by 1info.az.
M E N U