Qəşəng Mirzəliyeva

1990-cı ildə Bakı şəhərində anadan olmuşdur.
2007-ci ildə Azərbaycan Dillər Universitetinin ingilis dili fakultəsinin qəbul olunmuş və bitirdikdən sonra 40 saylı orta məktəbdə pedaqoji təcrübə keçmişdir.
İxtisası - ingilis dili müəllimidir. Üç ildən artıq AzLine Tədris Mərkəzində ingilis dili müəllimi vəzifəsində çalışır.




Lalə Nəsibova

1977-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1995-ci ildə Azərbaycan Pedaqoji Universitetinə daxil olmuş və 2000-ci ildə həmin universiteti müvəffəqiyyətlə bitirmişdir. Bir ildən artıq AzLine Tədris Mərkəzində Microsoft Office proqramları üzrə ( Windows Word, Excel) və qrafik proqramlar üzrə (Corel Drow, Photoshop) dərs deyir.




Murad Əkbərov

1993-cü ildə Səlyan şəhərində anadan olmuşdur.
2009-cu ildə Azərbaycan Respublikasının Rəssamlıq Akademiyasının nəznində Əzim Əzimzadə adına incəsənət killecinin ”Dekorativ tətbiqi incəsənət keramika” fakultəsinə daxil olmuş və 2013-cü ildə yüksək nailiyyətlə oranı bitirmişdir. Dizayn proqramları üzrə çalışmışdır. Ölkə daxili və xarici sərgilərdə iştirak etib, ön yerlər tutmuşdur. Bir ilə yaxın AzLine Tədris Mərkəzində dizayn proqramları üzrə müəllim kimi fəaliyyət göstərir.



Əsmər Abbaszadə

1990-cı ildə Şuşa şəhərində anadan olmuşdur.
2009-cu ildə Təfəkkür universitetinin ingilis dili fakultəsinə qəbul olunmuş və 2013-ci ildə universiteti bitirmişdir. 19 saylı orta məktəbində ingilis dili müəllimi vəzifəsində çalışmişdir. Artıq iki ildən artıq AzLine Tədris Mərkəzində ingilis dilini tədris edir.




Günel Əliyeva

1993-cı ildə Bakı şəhərində anadan olmuşdur.
2010-cu ildə Azərbaycan Dillər Universitetinin ingilis dili fakultəsinə qəbul olunmuşdur. 2014-cü ildən etibarən 5 saylı məktəbdə, ingilis dili müəllimi ixtisasına uyğun olaraq, pedaqoji təcrübə keçmiş və həmin ildə Universiteti bitirmişdir. Artıq iki ildir ki AzLine Tədris Mərkəzində rus bölməsində ingilis dilini tədris edir.



Məhluqə Süleymanova

1991-ci ildə Qazax rayonunda anadan olmuşdur.
2009-cu ildə Bakı Dövlət Universitetinə qəbul olunmuşdur. İxtisası - Qafqazşunaslıqdır. Universiteti bitirəndən sonra və bu günədək müəllim kimi fəaliyyət göstərmişdir. Artıq bir ildir ki AzLine Tədris Mərkəzində rus dili müəllimi vəzifəsində çalışır.




Nazilə Cəbrayılzadə

1990-cı ildə Bakı şəhərində anadan olmuşdur.
2002-ci ildə Bakı Xoreoqrafiya Məktəbinə daxil olmuşdur. 2007-ci ildə məktəbi bitirmiş və həmən ildən rəqs müəllimi kimi çalışmağa başlamışdır. Artıq bir ilə yaxın AzLine Tədris Mərkəzində müəllim vəzifəsində fəaliyyət göstərir.




Sevinc Mirzəyeva

1969-cu ildə Göyçay şəhərində anadan olmuşdur.
1986-cı ildə M.F.Axundov adına Azərbaycan Pedoqoji Universitetinin rus dili və ədəbiyyat fakultəsinə daxil olmuşdur. 1991-ci ildə universiteti bitirərkən, təyinatla, Göyçay şəhərinin rus dili və ədəbiyyat müəllimi vəzifəsini yerinə yetirmək üçün 12 saylı məktəbə göndərilmişdir. 2013-cü ildən etibarən AzLine Tədris Mərkəzində müəllim vəzifəsində çalışır.
BİZİM KOLLEKTİVİMİZ VƏ MÜƏLLİMLƏRİMİZ
www.azline.az
azline@inbox.ru
+994 50 5247090, +994 55 6546490, +994 12 5620390
www.facebook.com/anarzerbiyev/
instagram.com/azline__tedris__merkezi/
youtube.com/azline
Bakı şəh, Binəqədi r-nu, Süleyman Sani Axundov 2

BİZİM XƏBƏRLƏRIİMİZ
Copyright  © 2015, azline.az.  All rights reserved.  Designed and development by 1info.az.
M E N U